Niyaməddin Paşayev: Növbəti çempionluğu bu qədər gözləməyəcəyik
20 may 2015 15:45
Taekvondo üzrə Azərbaycanın ilk dünya çempionu Niyaməddin Paşayev azərisport.az saytına açıqlamasında Radik İsayevin (87 kq) Rusiyada keçirilən mundialda qızıl medal qazanmasını şərh edib:
"Radikin uğuru bütün federasiyanın, ölkə idmanının uğurudur. Onun qələbəsi bizi çox sevindirdi. Üstəlik, Avropa Oyunları ərəfəsində bu, bütün komandamız üçün əlava stimul olacaq. İlk dəfə 2001-ci ildə mən dünya çempionu olmuşdum. 14 ildən sonra Radik İsayev uğurumu təkrarladı. Ümid edirəm, növbəti çempionluğu bu qədər gözləməyəcəyik".