Zamanov 3-cü dəfə Avropa çempionu oldu
20 may 2015 20:30
Uşu idmanı üzrə Bolqarıstanın Star Zaqoria şəhərində gənclər və böyüklər arasında Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, yarışda böyüklər arasında 56 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Elçin Eminov qızıl medal qazanaraq üçüncü dəfə Avropa çempionu adını qazanıb.
Böyüklərin mübarizəsində 80 kq çəki dərəcəsində Eldar Əlizadə də qızıl medal qazanıb.