Fotoreportaj|Video|На русском

Digər növlər

Qəbələdə Dünya Kubokunun açılış mərasimi keçirildi

8 avqust 2015 14:40

Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin rəsmi açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına Konqres Mərkəzində baş tutan mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan və baş katibi Frans Şrayber, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Atıcılıq Federasiyasının prezidenti Hafiz Cəfərov tədbirdə çıxış ediblər.

Çıxışlar zamanı yarışın ölkəmiz üçün əhəmiyyəti vurğulanıb, Azərbaycanın böyük yarışların, o cümlədən Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməsini qeyd olunub. Açılış mərasimində o da vurğulanıb ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı və nümayəndə iştirak edir. Ardınca Oleqario Vaskes Ranyan yarışların rəsmi açılışını elan edib və beynəlxalq federasiyanın himni səsləndirilib. Rəsmi hissənin ardından mərasim konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, Dünya Kuboku uğrunda yarışların əvvəlki 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada baş tutub. Bu yarışlarda daha çox xal toplayaraq dünya reytinqində yüksək yer tutan idmançılar Qəbələdə keçirilən final mərhələsində qüvvəsini sınamaq şansı qazanıblar. Avqustun 8-dən 16-dək keçiriləcək həlledici Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvimində Avropa və Dünya çempionatından sonra ən nüfuzlu yarış sayılır. Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək final mərhələsində 17 növdə olimpiya lisenziyaları sahibini tapacaq. İdmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün ümumilikdə 34 lisenziya uğrunda mübarizə aparacaq.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah