Məhərrəm Sultanzadə Avropa Atletika Konvensiyasında
15 oktyabr 2015 13:20
Oktyabrın 16-18-də İsveçrənin Lozanna şəhərində Avropa Atletika Konvensiyası keçiriləcək. Azerisport.az xəbər verir ki, konvensiyada 2016-cı il üçün nəzərdə tutulan yarışların təqvim planı ilə tanışlıq, Avropa Atletika Federasiyalarının rəhbərlərin forumu olacaq, eləcə də 2015-ci ilin ən yaxşı idmançısı seçiləcək.
Konvensiyada Azərbaycan Atletika Federasiyasının baş məşqçisi Məhərrəm Sultanzadə iştirak edəcək. (Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti)