Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu
21 oktyabr 2015 15:45
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatı sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, artıq turnirin yarımfinal mərhələsində çıxış edəcək komandalar məlum olub.
Nəticələr belədir:
1/4 final:
“Ağcabədi” – “Sərhədçi” 0-7
“Laçın” – “Ağstafa” 0-1
“Köhlən” – “Qarabağ” Ağdam 0-4
“Polad” – “Şəki” +/-
Yarımfinal:
“Qarabağ” Ağdam - “Polad”
“Sərhədçi” – “Ağstafa”
Qeyd edək ki, oktyabrın 22-də Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək yarımfinal mərhələsi saat 10:00-da, oktyabrın 24-də keçiriləcək final mərhələsi isə 16:00-da başlayacaq.