Azərbaycan çempionatında finalçılar məlum oldu
22 oktyabr 2015 21:30
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatı sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, artıq turnirin final görüşündə qarşılaşacaq komandalar məlumdur.
Yarımfinal mərhələsinin görüşlərində isə aşağıdakı nəticələr qeydə alınıb:
“Qarabağ” Ağdam - “Polad” 1-4
“Sərhədçi” – “Ağstafa” 8-0
Beləliklə, oktyabrın 24-də baş tutacaq final görüşündə aşağıdakı klublar üz-üzə gələcək:
16:00. “Polad” - “Sərhədçi”