Fotoreportaj|Video|На русском

Digər növlər

Formula-1 Avropa Qran-prisinin keçiriləcəyi Bakı Şəhər Halqasının loqosu təqdim olunub

30 oktyabr 2015 19:00

Azərbaycanda ilk dəfə gələn il təşkil olunacaq “Formula-1” Avropa Qran-prisinin keçiriləcəyi Bakı Şəhər Halqasının (Baku City Circuit) loqosu ictimaiyyətə təqdim edilib. Azerisport.az xəbər verir ki, loqotip dünyada məşhur “Brandia” brend agentliyi tərəfindən, əsas qayəsi başlıca olaraq dörd elementdən ilham alınaraq hazırlanıb.

Həmin elementlərdən birincisi, yarış üçün mükəmməl düşünülmüş Bakı Şəhər Halqasının təcəssümüdür. Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında tam yeni bir macəranın enişli-yoxuşlu dar keçidləri ilə yanaşı, sahilboyu müasir göydələnlərə və Xəzər dənizinə ecazkar mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən nadir trek kimi nəzərdə tutulub.

Müxtəlif çətinlikli 20 döngəsi, dar keçidləri və ən maraqlısı sahil boyunca 340 kilometr-saat sürətlə hərəkət etmək imkanı verən 2,2 kilometr uzunluğunda olan hissə ilə Bakı Şəhər Halqası cari “Formula-1” təqvimində ən sürətli şəhər treki fenomeninə imza atacaq. Oturacaqlar və ayaqüstü tribunalarla birlikdə ümumilikdə 30 min tamaşaçı tutumuna malik bu idman məkanı yarış zamanı 500 milyondan çox televiziya izləyicisinin diqqət mərkəzində olacaq.

İkinci element kimi, unikal motoidman mədəniyyətinin yeni brendin fəlsəfəsində təzahürü diqqəti cəlb edir. Belə ki, sürət, zənginlik, innovasiya ilə yanaşı, çoxillik ənənəni təcəssüm etdirən “Formula-1” motoidman yarışı loqoda parlaq şəkildə öz ifadəsini tapıb.

Bundan əlavə, yeni loqonun modern üslubda seçilmiş tərzi və qırmızı, gümüşü, ağ rəngləri dünya səviyyəsində yarışların sadiq azarkeş kütləsinə və potensial gənc avtomobilsevərlərə ünvanlanıb. Bənövşəyi rəng isə Bakı Şəhər Halqasını digər Qran-prilərdən fərqləndirən vacib amillərdən biri olacaq.

Nəhayət, keçmişlə müasirliyin, Qərb ilə Şərq sivilizasiyalarının birləşdiyi paytaxt Bakının tarixi irsi, keçdiyi sürətli inkişaf yolu, qonaqpərvərlik ənənəsi və müasir biznes imkanları şəhər treki brendinin ana xəttində yer alıb. Loqonun konsepti Azərbaycan milli xalçaçılığında qədim dövrlərdən bugünədək əks olunan alov, su və külək naxışlarının vəhdətindən qaynaqlanıb.

Gələn ilin yayında Bakı Şəhər Halqasında keçiriləcək Avropa Qran-prisinin loqosu isə bu ilin dekabrında yekun “Formula-1” təqvimi açıqlandıqdan sonra təqdim ediləcək. (Azərtac)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah