Beş azərbaycanlı döyüşçü dünya çempionatına yollandı
13 noyabr 2015 18:40

Sabah İtaliyada K-1 üzrə sayca ikinci dünya çempionatına start veriləcək. Azerisport.az xəbər verir ki, ilk belə yarış 2014-cü ildə Londonda baş tutub.
70 ölkənin təmsil olunduğu mötəbər yarışda Azərbaycanı Ramazan Abdullayev (49 kq), Babək Rüstəmov (77 kq), Ziya Bayramov (80 kq), Ruslan Kobzev (85 kq) təmsil edəcək. 75 kq-da həmyerlimiz Tural Bayramov peşəkar görüşdə mübarizə aparacaq.
Dünya çempionatına noyabrın 15-də yekunlaşacaq.