Paralimpiyaçılardan 2011-ci ilə 52 medallıq yekun
29 dekabr 2011 12:28
2011 ci il Azərbaycan Respublikası Milli Paralimpiya komitəsi idmançıları üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, paralimpiyaçılar 2011 il ərzində 8 idman növü üzrə dünya, avropa çempionatlarında, dünya oyunları, dünya kuboku və “A” kateqoriyalı rəsmi yarışlarda mübarizəyə qoşulublar və yüksək idman nailiyyətləri göstəriblər. İdmançılar 52 medal qazanıblar ki, bu da ötən ilə nisbətdə 16 medal artıq deməkdi.
(2010 cu il 36 medal, 2011 ci il 52 medal)
İdman növü
|
Qızıl
|
Gümüş
|
Bürünc
|
Cəmi
|
Qeyd
|
Atletika
|
12
|
12
|
11
|
35
|
|
Cüdo
|
4
|
2
|
2
|
8
|
|
Güllə atıcılığı
|
2
|
1
|
2
|
5
|
|
Üzgüçülük
|
1
|
-
|
2
|
3
|
|
Pauerliftinq
|
-
|
-
|
1
|
1
|
|
Cəmi
|
19
|
15
|
18
|
52
|
|
52 medaldan 6-sı dünya çempionatlarında, 4-ü avropa çempionatlarında, 42-si isə XIV London Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən Dünya Oyunları, Dünya Kuboku və “A” kateqoriyalı rəsmi yarışlarda qazanılıb.
2011 ci ilin nəticələri əsasında 2012 ci il XIV London Yay Paralimpiya Oyunlarına qazanılan lisenziyaların sayı 20- di. Lakin bu say son deyil. Belə ki, idmançılarımız 2012-ci ilin 4 ayı ərzində bir neçə lisenziya xalı verən rəsmi yarışda iştirak edərək lisenziyalar qazana bilərlər.
2011 ci il həm də onunla əlamətdardı ki, Pekin Paralimpiya Oyunlarından fərqli olaraq London Paralimpiya Oyunlarında 5 idman növündə təmsil olunacağıq. Belə ki, kamandan oxatma idman növündə milli komandanın idmançısı Vəliyeva Zinyət 2012 ci ilin Oyunlarına lisenziya qazanıb.
Komitənin fəaliyyətdə olan idman növlərinə artıq komanda idman növləri əlavə edilməsi Milli Paralimpiya Komitəsinin 2011 ci il uğurlarındandı. Voleybol və Qolbol komandaları 2011 ci il ərzində avropa çempionatlarında və “A” kateqoriyalı beynəlxalq turnirlərdə iştirak ediblər. Bu ilin titul idmançıları ilə bərabər qənc idmançılar, cüdoçu Bayram Mustafayev 66 kg çəki dərəcəsində, Hüseyn Həsənov atletikanın uzununa tullanma növündə və Samir Nəbiyev atletikanın disk atma növündə lisenziya normativini doldurublar.
Hazırda milli komanda üzvləri yarışlara hazırlıqla əlaqədar məşqlərini davam etdirirlər. Komitənin məsul işçiləri yeni 2012 ci il üçün idman tədbirlərinin təqvim plannarının tərtibatı üzərində işləyir, idmançıların XIV London Yay Paralimpiya oyunlarına hazırlığı ilə əlaqədar münasib yarışlar və təlim məşq toplantılarının keçirilmə yerlərini müəyyən edirlər.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Nominasiyalar üzrə 2011-ci ilin idman nəticələri
1. 2011 ci ilin ən yaxşı idmançısı nominasiyasında – Panyutin Oleq
2. 2011 ci ilin ən yaxşı qadın idmançısı nominasiyasında – Taranova Yelena
3. 2011 ci ilin ümidverici idmançısı nominasiyasında – Nəbiyev Samir
4. 2011 ci ilin ən yaxşı məşqçisi nominasiyasında – Təhməzov Sergey
5. 2011 ci ilin ən yüksək idman nəticəsi göstərən idmançı nominasiyasında – Musayev Oloxan
6. Oyun növləri üzrə ilin ümidverici komandası nominasiyasında – Qolbol komandası (baş məşqçi Əliyev Fəxrəddin)
Milli Paralimpiya komitəsinin mətbuat xidməti