Millimizin üzvü Dubayda bürünc medal qazandı
28 fevral 2012 00:28
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Pauerliftinq idmanı üzrə 2 üzvü BƏƏ-nin Dubay şəhərində müvəffəqiyətlə çıxış edərək III və V mükafata layıq yerləri tutublar. Azerisport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
100 kq artıq çəki dərəcəsində çıxış edən Məhərrəm Əliyev 229 kq ağırlıq qaldırararq bürünc medala layiq görülüb. 100 kq-a qədər çəki dərəcəsində çıxış edən Elşən Hüseynov da 220 kq nəticə ilə London Paralimpiya Oyunlarına vəsiqə verən reytinq cədvəlində yerini mökəmləndirib.