1 qızıl, 1 gümüş, 1 bürünc
26 mart 2012 14:29
Almaniyanın Heydelberq şəhərində keçirilən Dünya Kuboku yarışlarında iştirak edən cüdoçularımız 4 çəki dərəcəsində Paralimpiya Oyunları öncəsi qüvvələrini sınayıblar. Azerisport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində Ramin İbrahimov bürünc medala, 90 kq çəki dərəcəsində Zakir Mislimov gümüş medala, komandamızın kapitanı, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev +100 kq çəki dərəcəsində qızıl medala layiq görülüblər.