BP Azərbaycan olimpiyaçıları ilə görüş keçirdi
29 iyun 2012 17:31
Dünən - 28.06.2012-ci il tarixdə BP Azərbaycan Şirkətinin rəhbərliyi 2012 ci il London Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış İkiqat Paralimpiya çempionu cüdoçu Zəkiyev İlham, XIII Pekin Paralimpiya Oyunlarının qalibi, Dünya rekordunun sahibi atlet Musayev Oloxan və Dünya çempionu cüdoçu Afaq Sultanova BP Azərbaycan şirkətinin qonağı olublar. Azerisport.az xəbər verir ki, BP əməkdaşları paralimpiyaçı idmançılarla yaxından tanış olub, çoxsaylı suallarla idmançıların hazırlıqları ilə maraqlanıb, xatirə şəkilləri çəkdiriblər.
Maraqlı keçən görüşdə BP Azərbaycan şirkətinin Prezidenti Rəşid Cavanşir əməkdaşlarla idmançıların görüşünün təşkilinə münasibətini bildirib, BP şirkətinin daim Paralimpiyaçılara dəstək olacağını Paralimpiya Oyunlarında çıxışlarının uğurlu olmasını arzulayıb.
Görüş zamanı BP şirkətinin sifarişi ilə hazırlanmış videokliplərə baxış keçirilib, idmançıların partretlərinə əməkdaşlar öz arzu və istəklərini qeyd ebiblər. Görüşün sonunda əməkdaşlara döş nişanları və jurnallar paylanıb.