Paralimpiya Oyunlarının açılış mərasimində bayraqdarımız bəlli oldu
6 avqust 2012 17:54
Avqustun 29-dan sentyabrın 9-dək Böyük Britaniyanın paytaxtı Londonda XIV Yay Paralimpiya Oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, yarışda ölkəmizi 21 idmançı təmsil edəcək.
Paralimpiya Oyunlarının açılış mərasimində komandamızın bayraqdarı cüdoçu İlham Zəkiyev (100 kq-dan yuxarı) olacaq. Həmçinin, İ.Zəkiyev Azərbaycan komandasının kapitanıdı.
Qeyd edək ki, İ.Zəkiyev ikiqat Paralimpiya, ikiqat dünya və üçqat Avropa çempionudu.