Paralampiyaçılarımız Londona nə vaxt yola düşəcəklər?
14 avqust 2012 13:28
23 avqust 2012-ci il saat 16:30-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin heyyəti,məşqçilər və idmançılar üçün XIV London Yay Paralimpiya Oyunlarına təntənəli surətdə Heydər Əliyev adına hava limanında yola salma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bundan bir gün öncə - 22 Avqust 2012-ci il saat 10:00-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin rəhbərliyi və Paralimpiyaçı idmançılar Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək daha sonra Şəhidlər Xiyabanına yollanacaqlar.