Paralampiyaçılarımıza səfir dəstəyi (FOTOLAR)
26 avqust 2012 12:55

23 avqust 2012-ci il tarixindən Londona gələn və Paralimpiya şəhərciyində yerləşən Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndə heyyəti Azərbaycanın İngiltərədə fəaliyyət göstərən Fövqəladə və Səlahiyyətli səfiri cənab Fəxrəddin Qurbanovla görüşüb. Azerisport.az xəbər verir ki, Fəxrəddin Qurbanov görüşdə idmançıları səfirlik kollektivi adından salamlayıb və oyunlarda idmançılara uğurlu nəticələr arzulayıb. Eyni zamanda səfir Qurbanov bütün yarışlarda şəxsən iştirak edəcəyini və idmançılarımızı dəstəkləyəcəyini bildirib.