Paralimpiyaçılarımıza BP-dən dəstək
28 avqust 2012 12:26

Bu gün London Yay Paralimpiya Oyunlarının iştirakçıları məskulaşan şəhərciyə BP Azərbaycan-Gürcüstan və Türkiyə şirkətinin prezidenti Rəşid Cavanşir gəlib. Azerisport.az xəbər verir ki, idmançılarla görüşən şirkət rəhbəri özünün bu görüşünü həyatının ən gözəl anlardan biri olduğunu söyləyib və bu görüşü çox səbirsizliklə gözlədiyini bildirib.
İdmançıların məişət şəraiti ilə maraqlanan qonaq onlarla birlikdə nahar edib və nahar zamanı idmançılara çətin yarışlarda yüksək nəticələr qazanmalarını arzulayıb.
Səmimi keçən görüşdə idmançılar adından ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, məşqçilər adından isə əməkdar məşqçi Əhməddin Rəcəbli çıxış edib. İdmançılara bir daha uğurlar arzulayan Rəşid Cavanşir hələ oyunların açılış mərasimində və 30, 31 avqust tarixlərində keçirilən idman yarışlarında komandalarımızı dəstəkləyəcəyini bildirib.
Görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov iştirak edib.