Azərbaycan Paralimpiadada 21 idmançı ilə təmsil olunacaq
29 avqust 2012 22:08

XXX Yay Olimpiya oyunlarının başa çatmasından iki həftə keçəndən sonra London yenidən idmançıları qəbul edir. Azerisport.az xəbər verir ki, bu gün - avqustun 29-da Böyük Britaniyada XIV Paralimpiya oyunlarının təntənəli açılışı olacaq.
Londona 166 ölkədən idmançılar gəliblər. Bu, dörd il əvvəlki Pekin Olimpiadası ilə müqayisədə 20 ölkə çoxdu.
Azərbaycanı 21 paralimpiyaçı - Hüseyn Həsənov, Oleq Panyutin, Vladimir Zayets, Uluxan Musayev, Elçin Muradov, Rza Osmanov, Mədinət Abdullayeva, Samir Nabirov (yüngül atletika), Yelena Taranova, Əkbər Muradov (güllə atıcılığı), Zinyət Vəliyeva (ox atıcılığı), Ramin İbrahimov, Bayram Mustafayev, Rövşən Səfərov, Tofiq Məmmədov, Kərim Sərdarov, İlham Zəkiyev, Afaq Sultanova (cüdo), Natalya Pronina (üzgüçülük), Elşən Hüseynov, Məhərrəm Əliyev (pauerliftinq) təmsil edəcək.