Paralimpiya oyunlarının rəsmi açılışı oldu (FOTO)
30 avqust 2012 13:42

Ötən gün - avqustun 29-dan 30-na keçən gecə Böyük Britaniyada XIV Paralimpiya Oyunlarının təntənəli açılışı olub. Azerisport.az xəbər verir ki, Londona 166 ölkənin idmançıları gəliblər.
Bu dəfəki iştirakçı ölkələrin sayı dörd il əvvəlki Pekin Paralimpiadası ilə müqayisədə 20 ölkə çoxdu. Açılış mərasimində milli komandamızın bayraqdarı ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev olub.
2012-ci il Paralimpiya oyunlarında Azərbaycanı 21 idmançı - Hüseyn Həsənov, Oleq Panyutin, Vladimir Zayets, Uluxan Musayev, Elçin Muradov, Rza Osmanov, Mədinət Abdullayeva, Samir Nabirov (yüngül atletika), Yelena Taranova, Əkbər Muradov (güllə atıcılığı), Zinyət Vəliyeva (kamandan oxatma), Ramin İbrahimov, Bayram Mustafayev, Rövşən Səfərov, Tofiq Məmmədov, Kərim Sərdarov, İlham Zəkiyev, Afaq Sultanova (cüdo), Natalya Pronina (üzgüçülük), Elşən Hüseynov, Məhərrəm Əliyev (pauerliftinq) təmsil edirlər.