Muradov finala çıxa bilmədi (YENİLƏNİB)
30 avqust 2012 18:04

Bu gün London Yay Paralimpiadasında yığmamızın daha bir üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, güllə atıcılığı üzrə yarışlarda qüvvəsini sınayan Əkbər Muradov idi.
O, 30 rəqibi ilə birgə 10 metr məsafəyə atışlarda sərrastlığını yoxlayıb. İdmançımız finala çıxmaq üçün ilk səkkizliyə düşməli idi. Amma o, 554 xal toplayaraq, 21-ci yerdə qərarlaşıb və final mərhələsinə çıxa bilməyib.