Zinyət Vəliyeva Paralimpiadada çıxışını başa vurdu (YENİLƏNİB)
30 avqust 2012 21:00

Bu gün London Yay Paralimpiadasında yığmamızın daha bir üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, oxatma üzrə yarışlarda qüvvəsini sınayan Zinyət Vəliyevadı.
O, 19 rəqibə qarşı mübarizə aparıb. Vəliyeva bu oxatanların arasından növbəti mərhələyə vəsiqə qazanmalı idi. Amma təəssüf ki, o, 20 iştirakçı arasında yalnız bir rəqibindən güclü ola bilib. 435 xal toplayan təmsilçimiz 19-cu yerlə kifayətlənib və finaldan kənar qalıb.