Natali Pronina beşinci oldu (YENİLƏNİB)
30 avqust 2012 22:18

Bu gün London Yay Paralimpiadasında yığmamızın daha bir üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, üzgüçülük üzrə yarışlarda qüvvəsini sınayan Natali Pronina idi.
O, yarışların ilk günündə 400 metr məsafəyə sərbəst üzmədə ən yaxşı olmağa çalışıb. Proninaya finala vəsiqə üçün təsnifat mərhələsində səkkiz ən yaxşı sırasında yer almaq lazım idi. O, 4:58.06 nəticə ilə ümumi sıralamada 6-cı olub və finala çıxmağı bacarıb.
Final yürüşündə isə o, beşinci yerlə kifayətlənib - 4:53.40. Təmsilçimizin ən azı üçüncü olmasına 14 saniyəsi çatmayıb.