Samir Nəbiyev beşinci oldu (YENİLƏNİB)
1 sentyabr 2012 02:11

Bu gün London Yay Paralimpiadasında yığmamızın daha bir üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, atletika yığmamızın üzvü Samir Nəbiyev idi.
Disk atma üzrə yarışlarda qüvvəsini sınayan idmançımız 17 rəqibi ilə mübarizədə uğur qazanmağa çalışıb. Amma üç cəhddə 906 xal toplayan həmyerlimiz şəxsi rekordunu təzələsə də, ümumi nəticədə beşinciliklə kifayətlənib.