Yelena Taranova yeddinci oldu (YENİLƏNİB)
31 avqust 2012 19:40

Bu gün London Yay Paralimpiadasında yığmamızın daha bir üzvü mübarizəyə qoşulur. Azerisport.az xəbər verir ki, bu, güllə atıcımız Yelena Taranovadı.
Azərbaycan yığmasının veteranı 10 metr məsafəyə güllə atıcılığında sərrast olmağa çalışıb. Təsnifat mərhələsində o, 13 rəqibi ilə mübarizədən qalib çıxmalıydı. 372 xal toplamaqla beşinci olan Yelena final mərhələsinə adlayıb.
Finalda isə o, 465,9 xal toplayaraq, yeddinci yerlə kifayətlənib. Onun üçüncü yeri tutmasına sadəcə 3,1 xal çatışmayıb.