Afaq Sultanova Londonda hamıdan güclü oldu (YENİLƏNİB)
31 avqust 2012 22:15

Bu gün London Yay Paralimpiadasında cüdo yığmamızın daha iki üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bunlar Rövşən Səfərovla Afaq Sultanova idi.
81 kq çəki dərəcəsində yarışan Rövşən Səfərov ilk döyüşünü Kuba təmsilçisi İsao Alonso Kruza qarşı keçirib. Amma o, elə startdaca məğlub olub. Rəqibi də finala qədər irəliləyə bilməyib və təmsilçimiz Londondan uğursuz qayıtmaq məcburiyyətində alıb.
57 kq-da mübarizə aparan Afaq Sultanovanın startdakı rəqibi isə Fransadan olan Merian Quadu idi. Həmyerlimiz onu məğlub edib və yarımfinala yüksəlib. Burda onu türkiyəli Duyğu Çete ilə görüş gözləyirdi. Amma Afaq bu rəqibini də yenəyək, finala çıxıb. Finalda cüdoçumuz braziliyalı Lusiya da Silva ilə üz-üzə gəlib. Bu görüşdə də qələbə qazanan Azərbaycan cüdoçusu Paralimpiya çempionu adını qazanıb.
Xatırladaq ki, bu, Azərbaycanın ikinci qızıl medalıdı. Ötən gün Ramin İbrahimov da belə bir uğura imza atmışdı.