Paralimpiya çempionumuz finala çıxa bilmədi (YENİLƏNİB)
1 sentyabr 2012 15:50

Bu gün London Yay Paralimpiadasında atletika yığmamızın daha bir üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, nüvə atma yarışlarında qüvvəsini sınayan Oloxan Musayev idi.
Qeyd edək ki, o, təsnifat mərhələsində 18 idmançı ilə birgə mübarizədən qalib ayrılmağa çalışıb. Finala çıxmaq üçün təmsilçimizə ilk səkkizliyə düşmək lazım idi. Amma o, 913 xalla 9-cu yeri tutub və həlledici mərhələyə çıxa bilməyib.
Maraq üçün yada salaq ki, Musayev Pekin Paralimpiadasında çempion adını qazanmışdı.