Hüseyn Həsənov Londonda 4-cü oldu (YENİLƏNİB)
2 sentyabr 2012 00:54

Bu gün London Yay Paralimpiadasında atletika yığmamızın daha bir üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, üçtəkanla tullanma yarışlarında qüvvəsini sınayan Hüseyn Həsənov idi.
O, Londonda ən güclü adını qazanmağa çalışıb. Amma həmyerlimiz yalnız dördüncü ola bilib. Həsənov 13.74 m göstəriciyə imza atıb. Təmsilçimizin ən azı bürünc medal qazanmasına sadəcə 26 sm çatmayıb.