Osmanov yarımfinalda (YENİLƏNİB)
2 sentyabr 2012 23:35

Bu gün London Yay Paralimpiadasında Azərbaycan yığmasının daha bir üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu Rza Osmanov idi.
Yüngül atletika millimizin üzvü 400 metr məsafəyə yürüşdə ən sürətli olmağa çalışıb. Həmyerlimizin ilk mərhələdəki rəqibləri Meksika, Türkiyə və Namibiyadan idi. O, 51.46 saniyə göstərici ilə ikinci olub və beləcə, adını yarımfinala yazdırıb.