Natali Pronina Londonda Azərbaycana gümüş medal qazandırdı (YENİLƏNİB)
4 sentyabr 2012 00:03

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin beşinci yarış günündə Azərbaycan idmançılarından daha biri növbəti sınağına çıxıb.
Bu, Natali Pronina idi. O, 200 metr məsafəyə kompleks üzgüçülükdə qüvvəsini sınayıb. Təsnifat mərhələsində Pronina bütün rəqiblərini qabaqlayaraq, finala lider kimi yüksəlib. Final mərhələsində isə təmsilçimiz ikinci yeri tutub. Yalnız Rusiyalı idmançıdan geri qalan Pronina Azərbaycana gümüş medal qazandırıb.
Xatırladaq ki, Pronina bir neçə gün öncə 400 m məsafəyə sərbəst növlə üzgülüçükdə uğur qazana bilməmişdi.
Proninadan öncə idmançılarımız daha iki qızıl və iki bürünc medal da qazanmışdılar.