Azərbaycan Londonda 4-cü medalını qazandı
3 sentyabr 2012 15:55

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yüngül atletika yığmamızın üzvü Hüseyn Həsənov uzunluğa tullanma turnirində uğurla çıxış edib və ölkəmizin medal hesabını zənginləşdirib.
Belə ki, o, uzunluğa tullanma yarışlarının final mərhələsində 6,53 metr nəticə ilə bürünc medal qazanıb. Yarışın qalibi çinli Fulianq Liu olub. Gümüş medala isə fransalı Arnaud Assoumani sahib çıxıb.
Qeyd edək ki Həsənovdan öncə cüdo yığmamızın üzvü İlham Zəkiyev də bürünc medal qazanmışdı. Cüdoçularımızdan daha ikisi – Ramin İbrahimovla Afaq Sultanova isə Londonda qızıl medal qazanıblar.