Taranova imtina etdi, Muradov finaldan kənar qaldı (YENİLƏNİB)
3 sentyabr 2012 17:50

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin beşinci yarış günündə Azərbaycan idmançılarından daha ikisi növbəti sınağına çıxıb.
Daha doğrusu biri. Çünki güllə atıcılığında Yelena Taranova 25 metr məsafəyə sərrastlığını yoxlamalı olsa da, o, yarışa çıxmaqdan imtina edib. İdmançımız bunu sağlıq durumundakı problemlərlə əlaqələndirib.
Bu idman növündəki digər təmsilçimiz – Əkbər Muradov eyni məsafəyə yarışlarda özünü göstərməyə çalışıb. Amma finala çıxmaq üçün ilk səkkizliyə düşməyə borclu olan Muradov bu vəzifənin öhdəsindən gələ bilməyib. 549 bal toplayan təmsilçimiz 16-cı yerlə kifayətlənib.