Həsənov bürünc qazandı, Muradov yarımfinalda (YENİLƏNİB)
4 sentyabr 2012 11:16

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin beşinci yarış günündə Azərbaycan idmançılarından daha ikisi növbəti sınağına çıxıb.
Bunlar Hüseyn Həsənovla Elçin Muradov idi. Onların hər ikisi yüngül atletika yığmamızın üzvləridi.
Hüseyn Həsənov uzunluğa tullanma yarışlarında ən yaxşı olmağa çalışıb. O, ikinci cəhdində 6,53 m göstərici ilə üçüncülüyü ələ alıb. Sona qədər heç bir rəqibi onu keçə bilməyib və həmyerlimiz bürünc medal qazanıb.
Elçin Muradovu isə 200 m məsafəyə qaçışda qüvvəsini sınayıb. O, öz yarımqrupunda 23.49 saniyəlik nəticə ilə birinci olub və yarımfinala çıxıb. Yarımfinal yürüşləri bu gün olacaq.