Osmanovla Muradov finala çıxa bilmədi (YENİLƏNİB)
4 sentyabr 2012 16:50

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin altıncı yarış günündə Azərbaycan idmançılarından Rza Osmanov və Elçin Muradov növbəti sınağına çıxıb.
Yüngül atletika yığmamızın üzvü olan Osmanov 400 metr məsafəni hamıdan öndə dəf etməliydi. Millimizin üzvü finala vəsiqə üçün ilk pillələrdə yer almağa borcluydu. Lakin o, üçüncü yerlə kifayətlənib ə 51.34 saniyəlik göstərici idmançımızı finala çıxarmayıb. Xatırladaq ki, Osmanov sentyabrın 2-də baş tutan ilk təsnifat mərhələsində 51.46 saniyə göstərici ilə ikinci olmuş və adını yarımfinala yazdırmışdı.
Elçin Muradov isə 200 m məsafəyə yarışlarda qüvvəsini sınayıb. Onun rəqibləri Çin, Braziliya və ABŞ təmsilçiləri idi. Muradov 23.41 saniyə nəticə göstərsə də, bu, ona finala çıxmağa imkan verməyib.