Azərbaycan Londonda daha bir bürünc medal qazandı (YENİLƏNİB)
6 sentyabr 2012 02:17

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin yeddinci yarış günündə yüngül atletika yığmamızın bir neçə üzvü mübarizəyə qoşulub.
Oloxan Musayev disk atma yarışlarına gücünü sınayıb. 41.77 nəticə ilə təsnifat mərhələsini uğurla keçən və ilk səkkizliyə düşən təmsilçimiz finala adlayıb. Lakin finalda uzun müddət üçüncü yerdə gedən təmsilçimiz son anda bu üstünlüyünü əldən verib və rəqibləri onu qabaqlayıb.
Rza Osmanov, Oleq Panyutin, Elçin Muradov və Vladimir Zayets “dördlüy”ü isə estafet yürüşündə ölkəmizə medal qazandırmağa çalışıb. Onlar təsnifat mərhələsində Kanada və Tailand təmsilçiləri ilə mübarizə aparıblar və 44.35 nəticə ilə finala çıxıblar. Finalda isə Çin, İspaniya və Rusiya atletlərindən güclü olmaq lazım idi. Lakin atletlərimizin səyləri yalnız üçüncü yeri tutmağa şərait yaradıb. Beləcə, Azərbaycan paralimpiya yığması daha bir bürünc medala sahib çıxıb.