Hüseynov dördüncü, Əliyev beşinci oldu (YENİLƏNİB)
5 sentyabr 2012 23:25

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin yeddinci yarış günündə pauerliftinq yığmamızın iki üzvü də mübarizəyə qoşulub.
Bunlar 100 kq-dək idmançıların mübarizəsində qüvvəsini sınayan Elşən Hüseynovla 100 kq-dan artıq çəkidə yarışan Məhərrəm Əliyev idi.
Hüseynov 230 kq nəticə göstərib. O, bu nəticə ilə sonda dördüncü yerlə kifayətlənməli olub. Üçüncü yeri tutan iranlı idmançı Hüseynovdan cəmi 5 kq artıq qaldırıb.
Elə Əliyev də 230 kq nəticə göstərib və bu nəticə ilə beşinci olub.