Proninadan növbəti gümüş zəfər! (YENİLƏNİB)
5 sentyabr 2012 23:15

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin yeddinci yarış günündə Azərbaycan idmançılarından Natali Pronina növbəti sınağına çıxıb.
O, arxası üstə 100 metr məsafəyə üzgüçülükdə qüvvəsini sınayıb. Təsnifat mərhələsində idmançımız ikinci olub (1.12:79). Bu, onu finala çıxması üçün yetərli olub. Həlledici mərhələdə isə Natali 1:09.46 göstərici ilə ikinci yeri tutub. Təmsilçimiz yalnız rusiyalı rəqibinə uduzub. Belədə, Pronina Londonda özünün və yığmamızın üçüncü gümüş medalını rəsmiləşdirib.
Xatırladaq ki, Pronina bundan öncə Londonda daha iki medal qazanmışdı. O, 200 metr məsafəyə kompleks və 100 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə gümüş medallara sahib çıxmışdı. 400 m məsafəyə sərbəst növlə üzgülüçükdə isə beşinci yerlə kifayətlənmişdi.