Muradov və Taranova yenə finala çıxa bilmədi (YENİLƏNİB)
6 sentyabr 2012 19:20

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin səkkizinci yarış günündə Azərbaycan idmançılarından daha ikisi növbəti sınağına çıxıb.
Bunlar güllə atıcılarımız – Yelena Taranova və Əkbər Muradov idi. Onlar bu dəfə 50 metr məsafəyə sərrastlıqlarını yoxlayıblar. Muradov 508, Taranova 504 xal toplaya bilib ki, bu da finala çıxmaq üçün yetərli olmayıb. Beləcə, bu iki idmançımız son şansından da yararlana bilməyib və turnirlə vidalaşmalı olub.
Maraq üçün xatırladaq ki, təmsilçilərimiz 10 və 25 m məsafələrə atışlarda uğur qazana bilməmişdilər.