Yenə Natali Pronina, yenə gümüş medal! (YENİLƏNİB)
8 sentyabr 2012 00:07

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin doqquzuncu yarış günündə Azərbaycan idmançılarından Natali Pronina növbəti sınağına çıxıb.
O, bu dəfə 50 metr məsafəyə sərbəst üzgüçülükdə qüvvəsini sınayıb. Təsnifat mərhələsində ikinci olan təmsilçimiz finala vəsiqə qazanmağı bacarıb. Final mərhələsində isə Natali yenə ikinci olub. Beləcə o, komandamızın və özünün dördüncü gümüş medalını qazanıb.
Xatırladaq ki, Pronina bundan öncə Londonda artıq üç medal qazanmışdı. O, 200 metr məsafəyə kompleks, 100 metr məsafəyə sərbəst, eləcə də arxası üstə 100 metr məsafəyə üzgüçülükdə gümüş medallara sahib çıxmışdı. O, 400 m məsafəyə sərbəst növlə üzgülüçükdə isə beşinci yerlə kifayətlənib.