Osmanov finala çıxa bilmədi (YENİLƏNİB)
7 sentyabr 2012 23:43

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin doqquzuncu yarış günündə Azərbaycan idmançılarından daha ikisi növbəti sınağına çıxıb.
Bunlar yüngül atletika yığmamızın üzvləri Elçin Muradovla Rza Osmanov idi. Muradov 100 metr, Osmanov isə 200 metr məsafəyə yürüşlərdə hamıdan sürətli olmağa çalışıb.
Osmanov təsnifat mərhələsində uğurlu çıxış edə bilib. O, qazandığı nəticə (22.85) ilə yarımfinala yüksəlib. Lakin finala çıxmaq vəzifəsinin öhdəsindən gələ bilməyib və Paralimpiada ilə vidalaşıb.
Muradov isə 100 m məsafəyə yürüşdə finişə dördüncü çatıb (49,78). Bu üzdən də o, heç yarımfinala da çıxa bilməyib.