Azərbaycan Londonda daha bir qızıl və gümüş qazandı (YENİLƏNİB)
8 sentyabr 2012 15:50

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin onuncu yarış günündə Azərbaycan idmançılarından daha ikisi növbəti sınağına çıxıb.
Bunlar Oleq Panyutinlə Vladimir Zayets idi. Onların hər ikisi üçtəkanla tullanmada qüvvəsini sınayıb.
Təmsilçilərimizin çıxışları da kifayət qədər uğurlu alınıb. Sonda Panyutin Paralimpiya çempionu olduğu halda, Zayets də gümüş medal qazanıb.
Maraq üçün xatırladaq ki, bu, Panyutinin ikinci çempionluğudu. O, Afinada da Paralimpiya çempionu olmuşdu.