Bayraqdarımız yenə İlham Zəkiyev olacaq
9 sentyabr 2012 14:05

Bu gün London Paralimpiya oyunlarında sonuncu yarış günüdü. Azerisport.az xəbər verir ki, azərbaycanlı idmançılar artıq çıxışlarını başa vurublar.
Komandamızın üzvləri bütövlükdə 12 medal qazanıblar. Bunlardan dördü qızıl, beşi gümüş, üçü isə bürüncdü.
Bu gecə Paralimpiadanın bağlanış mərasimi təşkil olunacaq. Açılış mərasimində olduğu kimi, bağlanış mərasimində də Azərbaycan bayrağını ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev daşıyacaq.
Qeyd edək ki, London Paralimpiya oyunları avqustun 30-dan start götürmüşdü.