Paralimpiya oyunlarının bağlanış mərasimi keçirildi (FOTO)
10 sentyabr 2012 13:16

Londonda Paralimpiya oyunlarının bağlanış mərasimi keçirilib. Azerispor.az xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven Oyunların təşkilində köməyi dəyən hər bir kəsə təşəkkürünü bildirib.
Daha sonra Paralimpiya bayrağının Rio de Janeyroya verilməsi mərasimi təşkil olunub. Hansı ki, 2016-cı il Paralimpiya oyunları məhz Braziliyada təşkil olunacaq.
Azərbaycan yığmasının bağlanış mərasimindəki bayraqdarı yenə İlham Zəkiyev olub. Paralimpiya yığmamız Londonda 12 medal qazanıb. Onlardan 4-ü qızıl, 5-i gümüş, üçü bürüncdü.