Paralimpiyaçılarımız vətənə döndülər
12 sentyabr 2012 14:08

London Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar. Azerisport.az xəbər verir ki, idmançıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin nümayindələri, ictimaiyyət nümayindələri və idmançıların yaxınları qarşılayıblar.
Daha sonra Azərbaycan idmançıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qeyd edək ki, avqustun 29-da Londonda XIV Yay Paralimpiya Oyunlarına start verilib. Bu yarışlarda Azərbaycanı 6 idman növü üzrə 21 nəfər təmsil edib. Onlardan 5-i qadındı. 2 idmançı ağırlıqqaldırma, 8-i atletika, 1-i üzgüçülük, 7-si cüdo, 1-i kaman, 2 nəfər isə atıcılıq yarışlarında mübarizə aparıb. İdmaçılarımız Paralimpiya Oyunlarında 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar.