Natali Pronina üçün 600 000 manat!
13 sentyabr 2012 15:24

Azərbaycan paraolimpiyaçıları Londondakı uğurlarına görə 1 450 000 manat qazanc əldə edəcəklər. Azerisport.az xəbər verir ki, turnirin qızıl mükafatına sahib çıxan idmançılar 200 000 min, gümüş medalçılar 100 000, “bürünc” qazananlar isə 50 000 AZN alacaqlar.
Qeyd edək ki, Londonda medal rekordçumuz Natali Pronina oldu. O, qazandığı 1 qızıl, 4 gümüş medalla bütövlükdə 600 000 manat əldə edib.