Milli Paralimpiya Komitəsində yeni təyinat
7 dekabr 2012 19:30
Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin binasında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə Komitənin iclası keçirilib. Azerisport.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov nitqində Paralimpiya Komitəsində vitse-prezident vəzifəsinin bərpa olunmasına dair fikir bildirib.
Bununla bağlı müzakirələr aparılıb. Rəhimov Natiq Misir oğlu Qasımovun namizədliyini heyət üzvlərinə təqdim edib. Qasımovun vitse-prezident postuna namizədliyi Komitə üzvləri tərəfindən təsdiqlənib.