Yığma komandalarımızda yeni təyinatlar
11 dekabr 2012 12:08
Azərbaycan Respublikası Paralimpiya milli komandasının məşqçi heyətində bir sıra dəyişikliklər edilib. Azerisport.az xəbər verir ki, bu barədə yayılan məlumatda aşağıdakı təyinatların gerçəkləşdiyi bildirilir.
Baş verən dəyişikliklər bunlardan ibarətdi:
1. Atletika idman növü üzrə:
Baş məşqçi - Təhməzov Serqey Mehdiyeviç, Azərbaycan Respublikası Əməkdar məşqçisi, Ali dərəcəli məşqçi.
a)Atletikanın tullanma növləri üzrə:
Məşqçi - Xəlfəyev Ziyad Əli oğlu, I dərəcəli məşqçi
b)Qaçış növləri üzrə:
Məşqçi - Bulıçov Valentin Vyaçeslavoviç, I dərəcəli məşqçi
c) Nüvə itələmə, nizə və lövhə atma idman növləri üzrə:
Şahtahtinski Oktay Adil oğlu, I dərəcəli məşqçi.
2. Cüdo idman növü üzrə:
Baş məşqçi - İbrahimov İbrahim Eldar oğlu, Azərbaycan Respublikası Əməkdar məşqçisi, Ali dərəcəli məşqçi.
Məşqçi - Rəcəbli Elxan Əhməddin oğlu, I dərəcəli məşqçi.
3. Güllə atıcılığı idman növü üzrə:
Baş məşqçi - Əhmədov Əfqan Nurbala oğlu, I dərəcəli məşqçi.
Məşqçi - Sotnikov Vitaliy Nikolayeviç, Ali dərəcəli məşqçi.
4. Kamandan oxatma idman növü üzrə:
Baş məşqçi - Adilov Tahir Alizaman oğlu, I dərəcəli məşqçi.
5. Pauerliftinq (ağırlıqqaldırma) idman növü üzrə:
Baş məşqçi - İbişov İlqar Əsgər oğlu, I dərəcəli məşqçi
6. Üzgüçülük idman növü üzrə:
Baş məşqçi - Culfayev Alavərdi Abasoviç, I dərəcəli məşqçi
7. Qolbol idman növü üzrə:
Baş məşqçi - Əliyev Fəxrəddin Nəsrəddin oğlu, I dərəcəli məşqçi.
Məşqçi - Abdullayev Zahir Abdulla oğlu, I dərəcəli məşqçi.
8. Oturaq voleybol idman növü üzrə:
Baş məşqçi - Hacızadə Tərlan Əziz oğlu, I dərəcəli məşqçi.
Məşqçi - Nəsibov Rəşid Tufan oğlu
9. Qılıncoynatma idman növü üzrə:
Baş məşqçi - Məmmədov Rövşən Ramiz oğlu, I dərəcəli məşqçi
a) Şpaqa üzrə:
Məşqçi - Nelyubova Yuliya Yevqeniyevna, I dərəcəli məşqçi
b) Rapira üzrə :
Məşqçi - Məlikov Asəf Adil oğlu, I dərəcəli məşqçi
10. Əlil arabasında rəqs idman növü üzrə:
Məşqçi - Məmmədov Etibar, I dərəcəli məşqçi