Fotoreportaj|Video|На русском

Paralimpizm

Naxçıavanda Paralimpiya İdman festivalı (FOTOLAR)

2 may 2013 18:55
Mayın 1-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yübileyinə həsr olunmuş Paralimpiya İdman festivalı başlayıb. Azerisport.az xəbər verir ki, festivala Bakı şəhərindən 80 nəfərə yaxın böyük nümayəndə qatılıb.
 
Onların arasında 10 nəfər Milli Paralimpiya Komitəsinin üzvü, 51 idmançı, 12 nəfər məşqçi və 3 hakim var. Əvvəlcə tədbir iştrakçıları Naxçıvan şəhərinin mərkəzi meydanında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdillər, əziz xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.  Daha sonra paralimpiyaçılarımız Heydər Əliyev muzeyində oldular. Qonaqlar Muzeyin zəngin sərgi və ekspozisiyası ilə tanış oldular. Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər,  ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq oyatdı.
Daha sonra Şərur Olimpiya Kompleksində Paralimpiya İdman Festivalının rəsmi açılış mərasimi keçirildi. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi naziri, Paralimpiya Federasiyasının sədri Cavid Səfərov qeyd etdi ki, ən çətin anlarda qəti, optimal qərar qəbul etməyi və bütün çətinliklərdən qələbə ilə çıxmağı bacaran Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti, daxili aləminin zənginliyi, onun sadəliyi, səmimiyyəti, demokratik prinsiplərə sadiqliyi, insanı dinləmək bacarığı, vətən sevgisi və ailəsinə olan məhəbbəti bizim hər birimizə örnək və nümunədir. Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov öz çıxışında Ümummili lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərindən danışdı. Onun sozlərinə ğörə,  Ulu Öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız Ulu Öndərimizə borcluyuq” – deyə qeyd edən natiq bildirib ki, Türk dünyasının dahi oğlu, tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı, ictimai və siyasi fəaliyyəti, bu gün bütün dünyanı maraqlandırır. Ulu Öndər Heydər Əliyevin dərin zəkası, analitik təfəkkürü, heyrətamiz yaddaşı, işgüzarlıq keyfiyyəti bu dahi insanı dünyada ən güclü, müdrik və qətiyyətli bir siyasətçiyə çevirdi. Komitə rəhbəri onu da qeyd etdi ki, 17 il ərzində ilk dəfə olaraq belə bir möhtəşəm Paralimpiya İdman festivalı keçirilir. Məhz bele tədbirlər gənc nəsildə  paralimpiya haqqında dolğun fikir formalaşdıracaq və onlar böyük həvəslə paralimpiya hərəkatına qoşulacaqlar. Açılış mərasimində çıxış edən digər natiqlər, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, və ikiqat paralimpiya çempionu, ikiqat dünya, dörtqat Avropa cempionu, “Şöhrət” ordenli, Heydər Əliyev Fondunun “Qizil Çinar” mükafatı laureati, Milli Paralimpiya komandasının kapitanı İlham Zəkiyev ölkədə aparılan uğurlu idman siyasətindən, tikilən müasir idman komplekslerinin əhəmiyyətindən, Prezident İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan danışdılar. Rəsmi hissə başa çatdıqdan sonra paralimpiyaçılarımızın müxtəlif idman növü üzrə nümünəvi çıxışları oldu. Musiqi nomrələri paralimpiyaçılarda xoş ovqat yaratdı.  Festivala ilk dəfə əlil arabasında rəqs xüsusi rəng qatdı. Beləliklə ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Naxçıvanda keçirilən möhtəşəm Paralimpiya İdman Festivalının ilk günü özünün əzəməti, rəngarəngliyi, zənginliyi ilə yaddaşlarda qaldı. Bu gün paralimpiya idman növləri üzrə yarışlar davam edir. Qaliblərin təltif olunma mərasimindən sonra Festival başa çatacaq.
 
Festivala 30-a yaxın Naxçıvan paralimpiyaçısı qatılıb. (Milli Paralimpiya Komitəsinin Mətbuat xidməti)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah