“Nəticələrimiz bizi yeni uğurlar əldə etməyə ruhlandırır”
14 may 2013 16:24
Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytında İkiqat Paralimpiya çempionu İlham Zəkiyev haqqında məqalə dərc olunub. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
Azərbaycan cüdoçularının məqsədi, 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyularında müvəfəqiyyət qazanmaqdı.
2016-cı il Braziliya Federativ Respublikasının Rio de Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarına üç il qalmasına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinın dəstəyi ilə Azərbaycan cüdoçuları bu paralimpiya oyunlarına ciddi hazırlaşaraq qarşılarına ciddi məqsədlər qoymuşlar. Bu hazırlıqlara təkan olaraq noyabr ayında keçiriləcək Avropa Çempionatının tez bir sürətdə yaxınlaşması da öz rolunu oynayır. 2012-ci ildə XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycan cüdo idman növü üzrə üç medal, 2 qızıl, 1 bürünc medal əldə etmişdir. Bununla da Azərbaycan siyahıda 3-cü yerə yüksəlmişdir. Axırıncı son medalı +100 kg kateqoriyasında çıxış edən İlham Zəkiyev qazanmışdır. 2004-cü ildə Afina Paralimpiya Oyunlarında və 2008-ci ildə Pekin Paralimpiya Oyunlarında qızıl medal əldə edən 33 yaşlı görmə qüsurlu, lakin həddindən artıq enerjili insan olan İlham Zəkiyev nəinki cüdo statusunu Azərbaycanda yüksəldir, hətta digər görmə qüsurlu insanların cüdo ilə məşğul olmasına ilhamlandırır.
“Mənim Afinadakı qalibiyyətimdən sonra Azərbaycanda paralimpiya cüdo idman növünə diqqət daha da artdı. Nəticə olaraq Pekin şəhərində keçirilmiş Yay Paralimpiya Oyularında Azərbaycan idmançıları yeddi çəki kateqoriyasında çıxış etmiş və dörd medal qazanmışdır. Azərbaycanın vətəndaşları üçün biz Paralimpiya Oyunları qəhramanıyıq” - Zəkiyev söyləyib. Pekin Paralimpiya oyunlarında qazanılmış 4 medaldan sonra ölkə prezidenti İlham Əliyev xüsusiləşmiş idman bazası inşa etdirdi. Zəkiyevin sözlərinə görə ölkə rəhbərliyinin idmana bu cür dəstəyi, idmançıların beynəlxalq yarışlara o cümlədən noyabr ayında keçiriləcək Avropa çempionatına hazırlığı üçün güclü təkandır.
İlham Zəkiyev qeyd etdi ki, “Azərbaycan Respublikasının Prezidenti həmçinin Milli Olimpiya Komitəsinin prezidentidir və bu səbəbə görə idmana olan qayğısı əsaslıdır. Bütün Sosial və Maliyyə problemləri dövlət tərəfindən həll olunur. Bu haqda fikirləşməyimizə ehtiyac olmadığından bizim bütün vaxtımız və diqqətimiz məşq prosesindədir.
Azərbaycan Respublikası Prezidentinin və dövlət tərəfindən yüksək dəstəyin olması, İlham Zəkiyevin idmana həvəsini daha da artır və Azərbaycanı dünyada layiqli səviyyədə təmsil eləməyə sövq edir. İlham Zəkiyevin rəqibləri bilməlidir ki, 2016 – cı ildə Braziliyanın Rio – de – Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarında o daha çox medallar qazanmaq niyyətindədir.
“Nəticələrimiz bizi yeni uğurlar əldə etməyə ruhlandırır. Bu gün bizim ən vacib məqsədimiz 2016 – cı ildə Braziliyada keçiriləcək XV Rio – de – Janeyro Yay Paralimpiya Oyunlarında uğurla ölkəmizi təmsil etməkdir. Mən istərdim ki, bizim idmançılar bilsinlər! Fərqi yoxdur qalib və ya məğlub oldun. Əsas odur ki, Vətənini fəxarət hissi ilə təmsil edə biləsən. Bundan əlavə olaraq idmançılarımız heç vaxt yaddan çıxarmamalıdırlar ki, Azərbaycanın bayrağı daim ucalarda olmalıdır. Bu mənim işimdir və mən onu sevirəm.
Qalibiyyətlərimin nəticəsi olaraq vətənimin bayrağının yüksəlməsi və milli himninin səslənməsi mənə xüsusən böyük zövq verir və mən bununla qürur duyuram” – İlham Zəkiyev vurğuladı.
Xatırladaq ki, Braziliyada keçiriləcək XV Rio de Janeyro Yay Paralimpiya Oyuları 9 – 20 sentyabr ayında 2016 – cı ildə baş tutacaq.
Milli Paralimpiya Komitəsi Mətbuat Xidməti