Azərbaycan üçün Avropa rekordu ilə gələn iki qızıl medal!
29 may 2013 15:29

Rusiya Tula vilayətinin Aleksino şəhərində para-pauerliftinq idman növü üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi Elşən Hüseynov (107 kq) və Məhərrəm Əliyev (107 kq-dan yuxarı) təmsil ediblər.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda E.Hüseynov 233 kiloqram çəkini qaldırmaqla qitə birinciliyinin qızıl medalını qazanıb və Avropa rekordunu yeniləyib.
Digər atletimiz M.Əliyev isə 220 kiloqram çəkini ram etməklə millimizə ikinci qızıl medalı qazandırıb. Atletimiz Avropa rekordunu yeniləyib.