Paralimpiyaçı cüdoçularımızın siftəsi uğurlu oldu (FOTO)
5 dekabr 2013 14:22
Macarıstanın Budapeşt şəhərində keçirilən cüdo üzrə Avropa Çempionatında, milli paralimpiya komandası yarışın ilk günüdə iki qızıl və bir bürünc medal qazanıb. Azerisport.az xəbər verir ki, 73 kq çəkidə Ramil Qasımov və 66 kq çəkidə Bayram Mustafayev qızıl, 60 kq çəkidə isə Elçin Talibov bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatında müxtəlif çəki kateqoriyasında 16 idmançı iştirak edir. Onlardan beş nəfər gənc paralimpiyaçı ilk dəfə olaraq belə mötəbər yarışda iştirak edəcək.
Yarış davam edir.
