Paralimpiyaçılarımız Dubayda zəfər qazandılar
28 fevral 2014 12:55

Yüngül atletika üzrə Milli Paralimpiya komandası 2 qızıl, 5 gümüş və 3 bürünc medallarla vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, yüngül atletika üzrə Milli Paralimpiya komandası 20-26 fevral tarixlərində Dubay şəhərində keçirilən Atletika üzrə 6-cı Fəzaa Beynəlxalq yarışında iştirak ediblər.
Yarışda 200 metr qaçışda Elçin Muradov, Lövhə atma idman növündə Oloxan Musayev birinci, lövhə atma idman növündə Solmaz Səfərova, nüvə itələmə idman növündə Rüfət Rəfiyev və Elvin Astanov, 400 metr qaçışda Elçin Muradov, nizə atma idman növündə Elvin Astanov ikinci, nüvə itələmə idman növündə və lövhə atma idman növündə Samir Nəbiyev, qadınlar arasında nizə atma idman növündə Mənzərə Əhmədova isə üçüncü yerlərə sahib olublar.